Xəzər Xəbər

Türklərin əməliyyatları ABŞ-ı təşvişə saldı Trampdan QƏRAR

Dünya | 14:24 • 2 Mart 2020
Türklərin əməliyyatları ABŞ-ı təşvişə saldı

ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri və ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Kelli Kraft Türkiyəyə səfər edəcək.

Rəsmilər bu gecə Ankaraya uçacaq.

Onlar Türkiyə Xarici İşlər nazirinin müşaviri Sədat Önalla görüşəcək.

Kelli Kraft sabah Hatay və Antepi ziyarət edəcək.

Qeyd edək ki, rəsmilərin Türkiyəyə səfər səbəbi Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminə qarşı təşkil edilən "Bahar qalxanı" hərbi əməliyyatıdır./publika.az

Xəbər lenti