Xəzər Xəbər

NATO-nun təlimləri zamanı 5 hərbçi itkin düşdü

Dünya | 11:39 • 13 Fevral 2020
NATO-nun təlimləri zamanı 5 hərbçi itkin düşdü

NATO-nun Litvada keçirilən hərbi təlimləri zamanı maraqlı hadisə baş verib.

5 hərbçiyə meşədə gizlənmək tapşırılıb. Lakin əsgərlər nəzərdə tutulan vaxtda qeyd olunan məntəqəyə gəlib çatmayıb. Onların tapılması üçün əraziyə helikopter, itlər və polislər cəlb edilib. Gizlənən hərbçilər isə başverənlərin təlimin bir hissəsi olduğunu güman edərək, gizlənməyə davam edib.

Hərbçilər iki gün sonra ortaya çıxıb./publika.az

Xəbər lenti