Xəzər Xəbər

ABŞ-ın raket daşıyan gəmisi Batumi limanına daxil olub

Dünya | 09:15 • 22 Aprel 2019
ABŞ-ın raket daşıyan gəmisi Batumi limanına daxil olub

Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin "Arli Berk USS Ross” (DDG71) raket daşıyan gəmisi aprelin 21-də Batumi limanına daxil olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin saytında məlumat verilib.


Məlumatda bildirilir ki, USS Ross gəmisinin Batumiyə gəlişi ABŞ-la Gürcüstan arasında əməkdaşlığın inkişafına, eləcə də Qara dəniz regionunda sülhə və təhlükəsizliyə xidmət edir.


İspaniyanın Rota şəhər limanında dayanan USS Ross gəmisi ABŞ-ın 6-cı donanmasının dəniz tapşırıqlarını yerinə yetirir.

Xəbər lenti