Xəzər Xəbər

Ermənistanda 5 nazirlik ləğv olundu

Dünya | 14:49 • 18 Aprel 2019
Ermənistanda 5 nazirlik ləğv olundu

Ermənistan parlamenti nazirliklərin sayının 17-dən 12-yə azaldılması ilə bağlı qərar verib.


Qanun layihəsi 70 səs leyhinə, 40 səs əleyhinə olmaqla qəbul edilib.



Hakim "Mənim addımım” bloku istisna olmaqla, "İşıqlı Ermənistan” və "Çiçəklənən Ermənistan” fraksiyaları qanuna qarşı çıxıblar. Müxalifət bloku 5 nazirliyin ləğvi nəticəsində çox sayda insanın işsiz qalacağına etiraz ediblər.

Xəbər lenti