Xəzər Xəbər

Qum fırtınası 30 nəfəri öldürdü

Dünya | 15:43 • 17 Aprel 2019
Qum fırtınası 30 nəfəri öldürdü

Hindistanda qum fırtınası 30 nəfərin canını alıb.

Pakistanda da eyni vəziyyət hakimdir. Hər iki ölkədə insanlar güclü yağışlar və qum fırtınası ilə mübarizə aparır.

Hindistan baş naziri Narendra Modi bildirib ki, hava şəraitinin pisləşməsi bir neçə ştatda fəsad törədib. 30 nəfərin həlak olduğu təsdiqlənib.

Sakinlərə ailəbaşı 50 min rupi kömək vəd edilib.

Xatırladaq ki, Pakistanda təbii fəlakət 39 nəfərin ölümünə səbəb olub.

Xəbər lenti