Xəzər Xəbər

Almaniya Səudiyyə Ərəbistanına silah satmağa icazə verib

Dünya | 16:36 • 12 Aprel 2019
Almaniya Səudiyyə Ərəbistanına silah satmağa icazə verib

Almaniya Səudiyyə Ərəbistanına silah satmağa icazə verib

Jurnalist Camal Qaşıqçının qətlindən sonra Səudiyyə Ərəbistanına silah ixracını dayandıran Almaniya ər-Riyada silah satışını yenidən sərbəst buraxıb. Bu barədə "İHA" məlumat yayıb.

Bildirilir ki, Federal Hökumətin Müdafiə Komissiyası keçirdiyi gizli toplantıda Səudiyyə Ərəbistanına silah satışı ilə bağlıqoyulan qadağanı götürüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanına silah satışına yenidən icazə verilməsi müxalifətin etirazı ilə qarşılanıb. Almaniyanın Yaşıllar Partiyasının təhlükəsizlik mütəxəssisi Aqnieszka Brugger, "Koalisiya hökumətinin Səudiyyə Ərəbistanına silah ixracını dayandırması sadə bir istehza manevri idi",-deyə vurğulayıb.

Almaniya Səudiyyə Ərəbistanına birbaşa silah satmır. Fransa və İngiltərə ilə birgə istehsal olunan silahların müəyyən hissələrini Almaniya təmin edir. Birgə istehsal edilən silahların Səudiyyə Ərəbistanına ixrac edilməməsi tələbi isə Almaniya və Fransa arasında gərginliyə səbəb olmuşdu./faktxəbər

Xəbər lenti