Xəzər Xəbər

Son iki ayda Gürcüstanda 300-dən çox insan narkotiklərlə əlaqədar məsuliyyətə cəlb olunub

Dünya | 10:20 • 16 Mart 2019
Son iki ayda Gürcüstanda 300-dən çox insan narkotiklərlə əlaqədar məsuliyyətə cəlb olunub

Gürcüstanın Daxili İşlər Nazirliyi cari ilin ilk iki ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirib. Nəticədə narkotiklərlə əlaqəli cinayətlərdə iştirak etmiş 318 nəfər məsuliyyətə cəlb olunub.


Bu sözləri Gürcüstan Daxili İşlər Nazirinin müavini Vladimir Bortsvadze bu gün keçirdiyi brifinqdə söyləyib.


O deyib ki, cari ilin yanvar-fevral aylarında hüquq mühafizə orqanlarının əməkdaşları 12 kiloqramdan çox heroin və kokain, 5 kiloqrama yaxın yeni növ psixotron maddə, 2 mindən çox "subuteksa”, "suboksina” və "ekstaz” həbləri aşkar edərək götürüblər.


Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupların 29 üzvü həbs olunub. (AZƏRTAC)

Xəbər lenti