Xəzər Xəbər

Türkiyədə uçuş zamanı mobil telefondan istifadə edən sərnişinlər cərimə olunacaq

Dünya | 12:08 • 15 Fevral 2019
Türkiyədə uçuş zamanı mobil telefondan istifadə edən sərnişinlər cərimə olunacaq

Türkiyədə uçuş zamanı mobil telefondan istifadə edən sərnişinlər (foto çəkmək, danışmaq, internetdən istifadə etmək və s.) 2,1 min lirə məbləğində cərimə olunacaq.

Trend bu barədə Türkiyənin "Resmi gazete” qəzetinə istinadən məlumat verir.

Bundan başqa, təyyarədə siqaret, eləcə də elektron siqaret çəkməyə görə cərimələr 1,7 min lirədən 2,1 min lirəyədək artırılıb.

Məlumata əsasən, uçuş zamanı göyərtə bələdçilərinin tələblərinə əməl etməyən sərnişinlər də 2,1 min lirə cərimələnəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti