Xəzər Xəbər

Sisi daha 15 il hakimiyyətdə qalacaq, əgər...

Dünya | 12:11 • 15 Fevral 2019
Sisi daha 15 il hakimiyyətdə qalacaq, əgər...

Layihəyə parlamentin 485 deputatı səs verib.

Misir parlamenti dövlət başçısı Əbdülfəttah Sisinin prezidentlik müddətinin uzadılması ilə bağlı qanun layihəsini qəbul edib.

Layihəyə parlamentin 485 deputatı səs verib.

Parlamentin sədri Əli Abdulla bildirib ki, yaxın 60 gün müddətində Konstitusiya Məclisi bu maddəni araşdıracaq və daha sonra dəyişiklik referenduma çıxarılacaq.

Əgər xalq referendumda bu maddəni müdafiə etsə, Sisi 2034-cü ilə qədər iqtidarda qalacaq.(teleqraf.com)

Xəbər lenti