Xəzər Xəbər

İngiltərədə "Sarı jiletlilər" aksiyası başlayır: Parlament devriləcək, hökumət isə...

Dünya | 14:04 • 10 Yanvar 2019
İngiltərədə "Sarı jiletlilər" aksiyası başlayır:

İngiltərədə vətəndaşlar küçələrə axışacaq.

Xalq Məclisi Hərəkatı şənbə günü Londonda etiraz aksiyası keçirilməsinə çağırış edib.

Buna səbəb hökumətin iqtisadi və sosial məhdudiyyətlər tətbiq etməsidir. Həmçinin, 2010-cu ildən bəri iqtidarda olan Mühafizəkar Partiyasını devirmək üçün parlament seçkilərinin keçirilməsi çağırışı da təkrarlanacaq. Xalq Məclisi Hərəkatı aksiyalara qatılanlardan Fransa nümayişlərindəki kimi sarı jilet geyinmələrini istəyib.

700 mindən çox insan sosial media vasitəsilə hərəkata qatılacağını açıqlayıb. Hökumətin miqrant siyasətinə qarşı çıxan İrqçiliyə Qarşı Hərəkat da aksiyalara dəstək verəcək. Keçmiş millət vəkili Laura Pidkuk aksiyada çıxış edəcəyini bildirib.

Aksiyalara qarşı çıxan Mühafizəkarlar Partiyasından millət vəkili Anna Saubri ikinci referendum tələb edən sarı jiletlilərə faşist deyib./publika.az

Xəbər lenti