Xəzər Xəbər

İnterpol hindistanlı milyarderin həbsinə beynəlxalq order verib

Dünya | 14:15 • 13 Dekabr 2018
İnterpol hindistanlı milyarderin həbsinə beynəlxalq order verib

İnterpol Hindistandan qaçan milyarder Mehul Çoksinin həbsinə "qırmızı” bildiriş verib. O, Pəncab Milli Bankından dələduzluq yolu ilə 2 milyard dollardan çox vəsaiti mənimsəməkdə şübhəli bilinir.


Xezerxeber.az xəbər verir ki, Hindistanın Təhqiqatlar Bürosu Mehul Çoksi və onun qohumu Nirav Modinin bankın əməkdaşları ilə əlbir olmasını müəyyən etdikdən sonra onlar barəsində axtarış elan edib.


Hindistan tarixində ən böyük dələduzluq faktı 2017-ci ilin sonlarında məlum olub. Bu ilin yanvar ayında isə Çoksi yaxın qohumları ilə birlikdə ölkədən qaçıb. Hazırda onun yeri məlum deyil.


Qeyd edək ki, İnterpolun "qırmızı” bildirişi bu təşkilata üzv ölkələr üçün qanundan qaçan şəxslərin həbsinə verilən beynəlxalq order sayılır.

Xəbər lenti