Xəzər Xəbər

Keçmiş prezident Uruqvaydan sığınacaq istədi

Dünya | 16:21 • 19 Noyabr 2018
Keçmiş prezident Uruqvaydan sığınacaq istədi

Perunun keçmiş dövlət başçı Alan Qarsiya Uruqvaydan sığınacaq xahiş edib.

Bu haqda Perunun Xarici İşlər Nazirliyindən bildiriblər.

Keçmiş prezident hazırda Perunun paytaxtı Limada Uruqvay səfirinin iqamətgahındadır.

"Uruqvayın səfiri bildirdi ki, Perunun sabiq prezidenti Alan Qarsiya axşam onun iqamətgahına girib. Keçmiş prezident Uruqvaydan sığınacaq xahiş edib”, - xəbərdə deyilir.

Qeyd edilir ki, xahiş Uruqvay hökuməti tərəfindən öyrəniləcək.

Qeyd edək ki, keçən həftə Peru məhkəməsi Qarsiyaya 18 ay ərzində ölkə ərazisini tərk etməyi qadağan edib. Onunla bağlı rüşvət haqqında işin istintaqı aparılır./publika.az

Xəbər lenti