Xəzər Xəbər

ABŞ-da təyyarə qəzası - Ata və oğlu öldü

Dünya | 10:39 • 22 Sentyabr 2018
ABŞ-da təyyarə qəzası - Ata və oğlu öldü

ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

XəzərXəbər xəbər verir ki, hadisə Missuri ştatında, Sent Luis şəhəri yaxınlığındakı aeroportda baş verib.

Hadisə nəticəsində iki nəfər – ata və oğlu həlak olub. Məlumata görə, qəzaya pilotun qaranlıqda enmə xəttini tapa bilməməsi səbəb olub. Polis şerifinin sözlərinə görə, təyyarə Nyu-Yorkdan qayıdırmış.

Pilot yerə xəbər verib ki, o, texniki nasazlıq üzündən işığı uçuş-enmə zolağına sala bilmir(report).

Xəbər lenti