Xəzər Xəbər

Lavrov Türkiyəyə səfər edəcək

Dünya | 18:04 • 9 Avqust 2018
Lavrov Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri avqustun 13-14-də Ankaraya səfər edəcək.


Trend-in məlumatına görə, səfər zamanı S.Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və Türkiyənin səfirlər və daimi nümayəndələrinin iclasında iştirak edəcək.


Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, səfər türkiyəli nazirin dəvəti əsasında baş tutacaq.


Görüş zamanı müzakirə olunacaq məsələlər açıqlanmayıb.

Xəbər lenti