Xəzər Xəbər

Çində sərnişin avtobusuna bıçaqla hücum edilib

Dünya | 16:12 • 22 İyun 2018
Çində sərnişin avtobusuna bıçaqla hücum edilib

Çinin Şensi əyalətindəki Sian şəhərində bir nəfər sərnişin avtobusuna və ətrafdakı insanlara bıçaqla hücum edib. Yerli polisin məlumatına əsasən, hadisə nəticəsində 8 nəfər yaralanıb.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident yerli vaxtla saat 15:48-də qeydə alınıb. Konduktorun sözlərinə görə, sərnişinlərdən biri çantasından mətbəx bıçağı çıxararaq digər sərnişinlərə, sonra isə avtobusdan düşərək ətrafdakı insanlara hücum edib.


Hazırda nisbətən ağır xəsarət alan 8 nəfər xəstəxanalara yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini saxlamağa müvəffəq olub.

Xəbər lenti