Xəzər Xəbər

Malayziyalı qız dövlət borcunu qaytarmaq üçün pul toplayır

Dünya | 12:28 • 28 May 2018
Malayziyalı qız dövlət borcunu qaytarmaq üçün pul toplayır

Nik Şazarina Bakti adlı malayziyalı qız vətəninin xarici dövlətlər və maliyyə qurumları qarşısında olan dövlət borcunu qaytarmaq üçün kraudfandinq kampaniyasına başlayıb.

Virtualaz.org "Life Shot” telegram-kanalına istinadən xəbər verir ki, ilkin olaraq qızın məqsədi heç olmasa 100 min dollar toplamaqdır.

Bildirildiyinə görə, Malayziyanın dövlət borcu 250 milyard dollara bərabərdir.

Aşağıda təqdim etdiyimiz şəkildən də gördüyünüz kimi, hələlik cəmi 3633 dollar yığılıb.

Xəbər lenti

Çox oxunanlar