Xəzər Xəbər

Avropa ölkələrinin ABŞ-a etibarı azalıb

Dünya | 12:27 • 28 May 2018
Avropa ölkələrinin ABŞ-a etibarı azalıb
"Avropa bundan sonra ABŞ-a daha az güvənməlidir"


Bu barədə Avstriyanın baş naziri Sebastian Kurtz "Financial Times”a müsahibəsində deyib.


"ABŞ bizim üçün getdikcə daha az etibarlı olur. Ən vacibi odur ki, Avropa vahidliyini qoruyub saxlamalıdır” – deyə Kurtz bildirib. O, həmçinin qeyd edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı çox "qorxunc” oldu. Lakin Londonu bu addımını atmağa Avropadakı miqrasiya böhranı vadar etdi.

Qeyd edək ki, martın 23-də ABŞ prezidenti Donald Tramp 1 martdan etibarən Amerikaya gətiriləcək polada 25%, alüminiuma isə 10% tarif qoyub. Lakin Aİ-ə üzv dövlətlər və digər ölkələr üçün tarifin tətbiqi 1 mayadək dayandırılmışdı. Hazırda qərarın icrası iyunun 1-dək uzadılıb. İndi isə Vaşinqton Brüsseldən tələb edir ki, kvotanı 2017-ci ildə ABŞ-a ixrac etdikləri polad və alüminium məhsullarının 90%-i həcmində müəyyənləşdirsinlər, yaxud da həmin metalların ixrac həcmini 10% azaltsınlar.

Almaniya kansleri Angela Merkel ABŞ-ın bu tələblərini əsassız adlandırıb. Avstriya baş naziri Sebastian Kurtzun fikrincə, Trampın tarif siyasəti Avropanın iqtisadi maraqlarına təhdiddir.

Xəbər lenti

Çox oxunanlar