Xəzər Xəbər

İki avtobus toqquşdu 11 nəfər öldü

Dünya | 11:36 • 19 Mart 2018
İki avtobus toqquşdu

Ekvadorda dəhşətli yol qəzası baş verib.

İki avtobusun toqquşması nəticəsində ən azı 11 nəfər həlak olub, 54 nəfər isə yaralanıb. Hadisə Quayas əyalətində baş verib.

Qəzaya səbəb sərxoş motosikletçi olub. Belə ki, avtobus sürücüsü onunla toqquşmamağa çalışıb, lakin qəzadan qaçmaq mümkün olmayıb./AzNews.az

Xəbər lenti