Xəzər Xəbər

Avtobus körpüdən aşdı: 14 ölü

Dünya | 13:31 • 18 Mart 2018
Avtobus körpüdən aşdı:

Hindistanın Bihar ştatında avtobusun körpüdən aşması nəticəsində azı 14 nəfər ölüb.

Həmçinin bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Aurai yaşayış məntəqəsindən Sitamarxi şəhərinə gedən avtobus suyu qurumuş kanalın üzərindəki körpünün maneəsinə çırpılaraq, oradan tavanı üstə yerə düşüb.

Qəzanın səbəbləri barədə məlumat verilmir./publika.az

Xəbər lenti