Xəzər Xəbər

Dövlət Departamenti ABŞ səfirliyinin Yerusəlimdə mayda açılacağını təsdiqləyib

Dünya | 09:08 • 24 Fevral 2018
Dövlət Departamenti ABŞ səfirliyinin Yerusəlimdə mayda açılacağını təsdiqləyib

ABŞ-ın Yerusəlimdə səfirliyi bu ilin mayında fəaliyyətə başlayacaq.

Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Mayın 14-dəsəfirliyin Yerusəlimdə fəaliyyətə başlamasını planlaşdırırıq. Səfirlik hazırkı ABŞ Konsulluğunda yerləşəcək. Onun açılışıİsrailin 70 illiyinə həsr olunacaq”, deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

Bundan əvvəl Reuters agentliyi İsraildəki mənbələrə istinadən səfirliyin mayda açılacağına dair xəbər yayıb.

Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

Xəbər lenti