Xəzər Xəbər

TAP-ın inşasına etiraz edən İtaliya vətəndaşı 3 il Melendunyoya gedə bilməyəcək

Dünya | 10:55 • 20 Noyabr 2017
TAP-ın inşasına etiraz edən İtaliya vətəndaşı 3 il Melendunyoya gedə bilməyəcək

"Trans-Adriatik” (TAP) qaz boru kəmərinin çəkilişinə qarşı təşkil edilən nümayişlərdə iştirak edən 20 yaşlı gənc 3 il ərzində İtaliyanın Puliya regionunun Melendunyo əyalətinə gedə bilməyəcək.


AZƏRTAC xəbər verir ki, cəzaya məruz qalan gənc Azərbaycandan İtaliyaya milyardlarla kubmetr təbii qazın gəlişini təmin edən boru kəmərinin tikintisinə qarşı mart ayından etibarən təşkil olunan etiraz aksiyalarına qoşulub və İctimai asayişi qoruyan xidmətin – DASPO həyata keçirdiyi tədbir əsasında həbs edilib.


Bu cəza tədbirinə görə aktivist 3 il ərzində Melendunyo ərazisinə daxil ola bilməyəcək. Qadağa yalnız boru kəmərinin tikintisi getdiyi ərazi ilə məhdudlaşmır, həmçinin gənc gəmilərin yan aldığı körpüyə və çimərliyə də gedə bilməz.


Bildirilib ki, DASPO tərəfindən həbs edilən nümayişlərə qatılan vətəndaşlar 2000-dən 10000 avroyadək cərimə olunurlar.

Xəbər lenti