Xəzər Xəbər

Səudiyyə Ərəbistanı Britaniya krallığına çevrilir?

Dünya | 11:57 • 17 Noyabr 2017
Səudiyyə Ərəbistanı

Vəliəhd Şahzadə Səudiyyə Ərəbistanında hakimiyyəti təhvil alaraq yeni dövr başladacaq.

"Daily Mail" nəşri xəbər verir ki, Səudiyyə Ərəbistanının 81 yaşlı kralı Salman bin Əbdüləziz Əl Səud gələn həftə öz taxtını vəliəhdi 32 yaşlı şahzadə Məhəmməd bin Salmana təhvil verəcək.

Nəşr kral ailəsinin yaxınlarından əldə etdiyi məlumata əsaslanaraq qeyd edir ki, vəliəhd Şahzadə öz mövqeyini gücləndirərək hakimiyyətdə yeni dövr başlatmağı düşünür. O, Böyük Britaniya Kraliçası kimi simvolik bir mövqeyə keçməyi planlaşdırır.

Atasının hakimiyyətdə olduğu illərdən özünə tərəfdaşlar toplayan şahzadə hazırda atası Kral Salmandan sadəcə bir addım geridə qalmış sayılır./publika.az

Xəbər lenti