Xəzər Xəbər

Trampdan Feysbukla bağlı İlginc açıqlama

Dünya | 12:06 • 22 Oktyabr 2017
Trampdan Feysbukla bağlı

ABŞ Prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərində Feysbukun onu deyil, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.

Bu haqda ABŞ rəhbəri öz Tvitter hesabında yazıb.

"Hiyləgər Hillari Klinton prezident seçkilərinə məndən çox - yüz milyonlarla dollar xərclədi. Feysbuk mənim yox, onun tərəfindəydi. Tez -tez Feysbukda reklam üçün xərclənən "önəmsiz" pullar haqda eşidirəm. Eləsə SNN, ABC, NBC və CBS-də saxta xəbərlərə xərclənən milyardlarla dollara nə deyirsiz?" - Tramp bildirb.

Ancaq o, feysbukda hansı reklamı nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, daha öncə ABŞ KİV-i Rusiyanı sosial şəbəkələrlə Trampa dəstək verməkdə ittiham edirdi, amma bununla bağlı heç bir əsas göstərilmirdi./teleqraf.com

Xəbər lenti