Erməni müxalif, siyasi məhbus Jirayr Sefilyan siyasi xadimlərə müraciət edərək "Milli Müqavimət Cəbhəsi” yaratmaqla Ermənistanda yalançılığa, özbaşınalığa son qoymağa çağırıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə "Erməni qadınlar cəbhəsi” hərəkatının nümayəndəsi Syuzan Simonyan bildirib.
O, Sefilyanın məktubunu oxuyub. Məktubda Nikol Paşinyan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş XİN rəhbəri Vardan Oskanyan və digərlərinin adları qeyd olunub.