Xəzər Xəbər

Rusiyada amfibiya təyyarə gölə düşüb

Dünya | 12:04 • 23 İyul 2017
Rusiyada amfibiya təyyarə gölə düşüb

Rusiyada amfibiya təyyarə eniş zamanı Medvejye gölünə düşüb.

Xezerxeber.az-ın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 08:00 radələrində İrkutsk vilayətində baş verib.

"L4” amfibiya təyyarəsinin göyərtəsində pilot və iki sərnişin olub. Onları xilas etmək mümkün olub. Qəzanın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti