Xəzər Xəbər

Nyu-Yorkda qar fırtınası xəbərdarlığı vəziyyət ağır olacaq

Dünya | 13:19 • 13 Mart 2017
Nyu-Yorkda qar fırtınası xəbərdarlığı

Nyu-York baharda miqyasına görə nadir təsadüf olunan qar fırtınasına hazırlaşır: meteoroloqların proqnozuna görə, martın 14-də özü ilə güclü yağıntı gətirəcək qasırğa gözlənilir.

ABŞ-ın Milli Meteorologiya Xidməti (NWS)şimal-şərq ştatlarının sahilyanı regionlarında yaşayan əhalini güclü qar və bəzi hallarda sürəti saniyədə 27 metrə çatacaq külək barədə xəbərdarlıq edib.

Vaşinqton, Baltimor və Filadelfiya şəhərlərində 30 santimetr qalınlığında qar yağacağı ehtimal olunur. Boston və Nyu-York şəhərlərində vəziyyət daha ağır olacaq.

Nyu-York şəhərinin qubernatoru Endryu Kuomo martın 13-də axşam saatlarında operativ qərargahın fəaliyyətə başlayacağını bildirib. Hökumət orqanları texnikanı və təcili reaksiya xidmətlərinin bütün əməkdaşlarını səfərbər edib.

NWS-in məlumatına görə, Nyu-Yorkda ən güclü yaz qarı 1888-ci ildə müşahidə olunub. Həmin vaxt iki gün ərzində 53 santimetrdən çox qar yağmışdı.

Rubrikanın digər xəbərləri

Xəbər lenti