Xəzər Xəbər

Somalidə terror aktı: Ölən və yaralananlar var - FOTO

Dünya | 12:54 • 13 Mart 2017
Somalidə terror aktı:

Somalinin paytaxtı Moqadişoda partlayıcı qurğu quraşdırılmış avtomobilin partlaması nəticəsində azı 6 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Bu barədə Associated-Press xəbər yayıb.

Terror hadisəsi Weheliye otelinin yaxınlığında baş verib.

Hələ ki, heç bir qruplaşma hücumda məsuliyyəti özü üzərinə götürməyib.Somalidə «Əş-Şəbab» terror təşkilatı bazalaşıb. Onlar «Əl-Qaidə» terror təşkilatı ilə sıx əlaqədədirlər.

Xəbər lenti