Xəzər Xəbər

Bakının mərkəzində kanalizasiya borularındakı tıxanma aradan qaldırılıb AZƏRSUDAN AÇIQLAMA

Cəmiyyət | 19:14 • 21 Aprel 2024
Bakının mərkəzində kanalizasiya borularındakı tıxanma aradan qaldırılıb

Bakının mərkəzində kanalizasiya borularında baş verən tıxanma aradan qaldırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, “Azərsu” əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, Sukanal İdarəsinin qəza briqadaları oraya cəlb olunub və problem aradan qaldırılıb.

Qeyd edək ki, aprelin 21-də günorta saatlarında Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 1 ünvanında kanalizasiya borularında tıxanma baş verib, tıxanma nəticəsində çirkab suları küçəyə axıb.

Xəbər lenti