Xəzər Xəbər

Azərbaycanda COVID-19-la əlaqədar epidemioloji vəziyyət müsbət qiymətləndirilir

Cəmiyyət | 15:46 • 15 Sentyabr 2021
Azərbaycanda COVID-19-la əlaqədar epidemioloji vəziyyət müsbət qiymətləndirilir

Azərbaycanda yeni növ koronavirusla (COVID-19) əlaqədar epidemioloji vəziyyəti birmənalı olaraq müsbət qiymətləndirirəm.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin instaqram hesabındakı çıxışı zamanı deyib.

O bildirib ki, hazırda ölkədə koronavirusa yoluxma sayında azalma müşahidə olunur: “Koronavirus infeksiyasından sağalanların sayı yeni yoluxanları xeyli üstələyib. Bu, özünü COVID-19-la mübarizəyə qoşulan xəstəxanaların yükünün azalmasında göstərir. Eyni zamanda, müsbət dinamikadan xəbər verir”.

Xəbər lenti