Xəzər Xəbər

Məktəblərlə bağlı açıqlama

Cəmiyyət | 09:59 • 5 Avqust 2021
Məktəblərlə bağlı açıqlama

"Məktəblər açılmalı, koronavirusa qarşı peyvəndləmə dərs davamiyyətinə mane olmamalıdır".

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, bunu ÜST-ün İmmunizasiya departamentinin rəhbəri Keyt O'Brayn deyib.

O bildirib ki, yalnız peyvənd edilmiş şagirdlərin dərsə buraxılması üçün heç bir tələb olmamalıdır.

Eyni zamanda, mütəxəssis peyvənd zamanı yaşlılar, xroniki xəstəlikləri olan insanlar və tibb işçiləri də daxil olmaqla, əhalinin ən həssas qruplarına üstünlük verməyə çağırıb: Yeniyetmələrə gəldikdə, bu qrup ümumiyyətlə, ağır xəstə deyil. Ancaq xroniki xəstəlikləri olan yeniyetmələr prioritet qruplara daxil edilməlidir".

Xəbər lenti