Xəzər Xəbər

Ümumi təhsil müəssisələrində yay məktəbinə başlanıb

Cəmiyyət | 09:07 • 16 İyun 2021
Ümumi təhsil müəssisələrində yay məktəbinə başlanıb

Şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə bu gün ümumi təhsil müəssisələrində yay məktəbinə start verilib.

Təhsil Nazirliyindən xezerxeber.az-a bildirilib ki, iyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafikində şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınacaq. Yay məktəbində bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edə bilər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil ediləcək. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.

Xəbər lenti