Xəzər Xəbər

Xidmət rəisi: Bədbəxt hadisə barədə işəgötürən tərəf dərhal məlumat verməlidir

Cəmiyyət | 15:47 • 8 Aprel 2021
Xidmət rəisi: Bədbəxt hadisə barədə işəgötürən tərəf dərhal məlumat verməlidir

İstehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən tərəf Dövlət Əmək Müfəttişliyi Xidmətinə dərhal məlumat verməlidir. İşəgötürən tərəf hadisə barədə dərhal məlumat vermədikdə, inzibati qaydada cəzalandırılır. 

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

Fuad Heydərov bildirib ki, ümumiyyətlə, əməyin mühafizəsi tələblərinin pozulmasına görə 500 manatdan 1000 manata kimi inzibati cərimə nəzərdə  tutulur. Bədbəxt hadisələrdən icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500, vəzifəli şəxslər 1500 və hüquqi şəxslər isə 5 min manat məbləğində cərimə olunurlar. 

Xəbər lenti