Xəzər Xəbər

Tələbələrə hansı hallarda və neçə müddətlik akademik məzuniyyət verilir?

Cəmiyyət | 14:12 • 25 Mart 2021
Tələbələrə hansı hallarda və neçə müddətlik akademik məzuniyyət verilir?

Tələbələrin  təhsil  aldıqları  müddətdə  müəyyən  səbəblərə  görə  akademik  məzuniyyət  götürmək  hüququ  var. Bəs  tələbələr  hansı  hallarda  və  neçə  müddətlik  akademik  məzuniyyətdən  yararlana  bilər?

Xezerxeber.azın məlumatına görə, təhsil eksperti Kamran Əsədov qeyd edib ki, tələbələr müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə, səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək, ailə vəziyyətinə görə – 2 il müddətinədək, səhhətinə görə və həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə, sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə, müxtəlif  proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə – proqramda göstərilən müddətə akademik  məzuniyyətdən  yararlana  bilərlər.

Akademik  məzuniyyətdən  qayıdan  şəxslər  tədris  prosesinə  növbəti semestrdən  buraxılırlar: "Akademik  məzuniyyətdən  qayıtdıqda  əvvəl  təhsil aldığı ali təhsil müəssisəsində öz  ixtisası üzrə kadr  hazırlığı  aparılmadıqda Təhsil  Nazirliyinin  razılığı  əsasında  tələbə  həmin  müəssisədə digər ixtisas üzrə  tələbələr  sırasına  daxil  edilə  bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam  etdirmək  istədikdə  köçürülmə  ilə bağlı  qaydaların  müvafiq tələbləri  gözlənilməklə digər  ali  təhsil müəssisəsinə  köçürülə bilər. Hər iki halda məsələyə  müvafiq  ali  təhsil  müəssisəsinin müraciəti  əsasında  Təhsil  Nazirliyində  baxılır".

Rubrikanın digər xəbərləri

Lənkəranda əsas təkandan sonra xırda afterşoklar
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
19:26 • 11 May 2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək
Güclü külək əsəcək, çaylardan sel keçəcək XƏBƏRDARLIQ
17:04 • 11 May 2024
Sabah yağış yağacaq
Sabah yağış yağacaq PROQNOZ
13:44 • 11 May 2024
Qaçırılan 16 yaşlı qız ailəsinə
Qaçırılan 16 yaşlı qız ailəsinə TƏHVİL VERİLDİ
11:24 • 11 May 2024
Qərbi Azərbaycan İcmasında mühüm
Qərbi Azərbaycan İcmasında mühüm İCLAS
11:11 • 11 May 2024
Şuşaya ilk köç karvanından
Şuşaya ilk köç karvanından GÖRÜNTÜLƏR
10:50 • 11 May 2024
Əksər rayonlara yağış yağıb
Əksər rayonlara yağış yağıb FAKTİKİ HAVA
10:35 • 11 May 2024
Güclü külək əsəcək, yağış yağacaq
Güclü külək əsəcək, yağış yağacaq XƏBƏRDARLIQ
17:49 • 10 May 2024
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı YENİ QANUN
15:21 • 10 May 2024

Xəbər lenti