Xəzər Xəbər

Bakıda ağaclar yuyulur, yaşıllıqlara qulluq göstərilir

Cəmiyyət | 14:21 • 25 Mart 2021
Bakıda ağaclar yuyulur, yaşıllıqlara qulluq göstərilir

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Bakı Şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən Bakıda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Yaz əkin mövsümü ilə əlaqədar bu işlər daha da genişləndirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, bayram günləri olmasına baxmayaraq, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və digər kommunal xidmətlərin əməkdaşları tərəfindən mövcud karantin rejiminin tələbləri çərçivəsində Abşeronun iqliminə uyğun yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, təbii gübrə verilir. Həmçinin ağacların qurumuş budaqları budanır, yaşıllıq zolaqları və parklarda qazon örtüyü yenilənir.

Parklarda, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir. Görülən işlər çərçivəsində mərkəzi küçələrdə xüsusi rəng çalarlarına malik olan və Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq yeni növ Hind yasəmənləri əkilir.

Ağacların yuyulması ilə yanaşı, kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması həyata keçirilir.

Bu kimi aksiyalar mövsümün sonunadək paytaxtın bütün rayonlarında keçiriləcək.

Rubrikanın digər xəbərləri

Lənkəranda əsas təkandan sonra xırda afterşoklar
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
19:26 • 11 May 2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək
Güclü külək əsəcək, çaylardan sel keçəcək XƏBƏRDARLIQ
17:04 • 11 May 2024
Sabah yağış yağacaq
Sabah yağış yağacaq PROQNOZ
13:44 • 11 May 2024
Qaçırılan 16 yaşlı qız ailəsinə
Qaçırılan 16 yaşlı qız ailəsinə TƏHVİL VERİLDİ
11:24 • 11 May 2024
Qərbi Azərbaycan İcmasında mühüm
Qərbi Azərbaycan İcmasında mühüm İCLAS
11:11 • 11 May 2024
Şuşaya ilk köç karvanından
Şuşaya ilk köç karvanından GÖRÜNTÜLƏR
10:50 • 11 May 2024
Əksər rayonlara yağış yağıb
Əksər rayonlara yağış yağıb FAKTİKİ HAVA
10:35 • 11 May 2024
Güclü külək əsəcək, yağış yağacaq
Güclü külək əsəcək, yağış yağacaq XƏBƏRDARLIQ
17:49 • 10 May 2024
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı YENİ QANUN
15:21 • 10 May 2024

Xəbər lenti