Xəzər Xəbər

Azərbaycanda vaksin olunanların sayı açıqlanıb

Cəmiyyət | 13:24 • 25 Mart 2021
Azərbaycanda vaksin olunanların sayı açıqlanıb

Martın 24-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər vaksinasiya olunub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Xəbər lenti