Xəzər Xəbər

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilk edilir

Cəmiyyət | 10:12 • 11 Mart 2021
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilk edilir

Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktiviləşdirilməsinin ödənişsiz təşkili üçün layihə hazırlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yer alıb.

Qeyd edilib ki, məqsəd elektron xidmətlərdən istifadənin kütləviləşdirilməsidir.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktiviləşdirilməsinin ödənişsiz təşkili Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Azərbaycan Respubvlikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunun tətbiqi barədə Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin fərman layihəsi hazırlanıb. Hazırda layihənin razılaşdırılması üçün işlər davam etdirilir.

Xəbər lenti