Xəzər Xəbər

Paytaxt yollarında piyada təhlükəsizliyinin səviyyəsi artırılır

Cəmiyyət | 13:36 • 24 Sentyabr 2020
Paytaxt yollarında piyada təhlükəsizliyinin səviyyəsi artırılır

Paytaxt yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə işlər davam etdirilir.


Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, xüsusilə azyaşlıların mütəmadi olaraq getdiyi orta təhsil müəssisələrinin ətrafında müxtəlif təhlükəsizlik tədbirləri görülməkdədir. Bu çərçivədə 206 təhsil müəssisəsinin ətrafında mövcud eyni səviyyəli piyada keçidləri yenilənib, sürücülər tərəfindən tez-tez sürət həddinin aşıldığı 3 təhsil müəssisəsinin qarşısında sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb, təhlükəsizliyin maksimum həddə çatdırılması üçün 7 təhsil müəssisəsinin ətrafında yerləşən eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində "Məktəb”, "Yavaş” sözləri yazılıb.


Bundan başqa, ilin sonunadək bu kimi işlərin davam etdirilməsi, mövcud eyni səviyyəli piyada keçidlərinin mütəmadi olaraq yenilənməsi, daha 7 təhsil müəssisəsinin ətrafında sürət hədlərinin optimallaşdırılması, müvafiq yol nişanlarının quraşdırılması planlaşdırılır.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024

Xəbər lenti