Xəzər Xəbər

46 yaşında yenidən ali məktəbə qəbul olundu

Cəmiyyət | 12:49 • 24 Sentyabr 2020
46 yaşında yenidən ali məktəbə qəbul olundu

Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50 tələbədən biri də Sarxan Mikayılovdur.


BANM-dən Qaynarinfo-ya verilən məlumata görə, 1974-cü il təvəllüdlü Sarxan Mikayılov tələbə yoldaşlarının hamısından yaşca böyükdür.



24 il sonra yenidən təhsil almaq istəyinə səbəb çox sürətlə inkişaf edən elmi texniki tərəqqi və daimi dəyişən dünya reallıqları ilə ayaqlaşmaq istəyidir. O hesab edir ki, müasir insan yaşından asılı olmayaraq öz üzərində işləməli, biliklərini təkmilləşdirməli, lazım gəldikdə yeni biliklərə yiyələnməkdən çəkinməməlidir.


1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat və kibernetika” fakültəsini qırmızı diplomla bitirən S.Mikayılov hazırda Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan "Azre Təkrarsığorta” ASC-də Aktuar departamentin direktoru – Məsul aktuari vəzifəsində çalışır. 


2011-2015-ci illlərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Aktuarlar Assosasiyasının dəstəyi ilə keçirilən altı mərhələdən ibarət olan "Aktuari kursları”nı müvəffəqiyyətlə başa vurub. 15 illik iş karyerası müxtəlif biznes sahələrini (İT və proqramlaşdırma, metallurgiya, poliqrafiya) əhatə edir. 2011-ci ildən isə sığorta sahəsində fəaliyyət göstərir.


 "Karyeramın geri qalan illərini bisnes sahəsində fəaliyyət göstərən şirkətlərin idarəedici orqanlarında təmsil olunmağı, çalışacağım yerə daha çox fayda verməyi və əlbəttə öz biliklərimi daha da təkmilləşdirməyi düşünürəm. Bunun üçün əvvəlki iş təcrübələrimə nə qədər güvənsəm də "Biznes idarəetməsi” üzrə təhsilim olmadığından yenidən təhsil almaq qərarına gəldim. Hesab edirəm ki, idarəetmə nə qədər təcrübə və bacarıqlara əsaslansa da, müasir dövrümüzdə nəzəri biliklərsiz faydalı nəticə əldə etmək, hədəfə çatmaq çox çətindir. BANM-dəki təhsildən əsas gözləntim MBA proqramında tədris olunan fənlərin yüksək səviyyədə tədris olunmasıdır. Bu mənim nəzəri biliklərimin artmasına, təcrübi biliklərimin isə daha da sistemləşməsinə öz töhfəsini verəcəkdir”.


Bakı Ali Neft Məktəbini seçmə səbəbinə gəlincə, o bildirib ki, Bakı Ali Neft Məktəbi ölkədə fəaliyyət göstərən və beynəlxalq standartların tələblərinə cavab verən ali məktəblərin ilk üçlüyündə təmsil olunur. 


"Mənim məqsədim də daha keyfiyyətli təhsil almaq olduğundan Bakı Ali Neft Məktəbində təhsil almağa qərar verdim”- deyə S.Mikayılov qeyd edib.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti