Xəzər Xəbər

Metroda maska taxmayan sərnişinlər məsuliyyətə cəlb olunublar - FOTO

Cəmiyyət | 16:49 • 18 İyun 2020
Metroda maska taxmayan sərnişinlər məsuliyyətə cəlb olunublar -

Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə metrodan istifadə edən sərnişinlər arasında profilaktik tədbirlər keçirilib.

Polis əməkdaşları tərəfindən Bakı metropoliteninin ayrı-ayrı stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şərnişinlər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.


Bakı Şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, metropolitenində polis şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları stansiyaların girişlərində, platformalarında, mövcud preventiv tədbirlərə əməl etməyən şəxslərlə profilaktiki söhbətlər aparıblar. Diqqətə çatdırılıb ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hər bir hərəkət iştirakçısı sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməlidir. Nəzərlərinə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Üzərində maskası olmayan sərnişinlərə maskalar paylanılıb, maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal "maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub.

Profilaktiki tədbirlər davam etdirilir.

Qeyd edək ki, qanunvericiliyə görə, qapalı məkanlarda maska taxmaq məcburidir. Maska taxmaq tələbini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimə tətbiq olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti