Xəzər Xəbər

Koronavirus testlərinin maya dəyəri açıqlanıb

Cəmiyyət | 20:20 • 18 İyun 2020
Koronavirus testlərinin maya dəyəri açıqlanıb

"Hazırda 25-ə yaxın laboratoriyada koronavrusla bağlı testlər keçirilir”.


Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


R. Bayramlı deyib ki, ölkədə test ehtiyatı kifayət qədərdir: "Test ehtiyatı tender qaydalarına uyğun əldə edilib. Alınan bütün testlər Almaniya istehsalıdır. Testin maya dəyəri 40 manat civarındadır. Bura mütəxəssislərin əməyi daxil deyil”.

Xəbər lenti