Xəzər Xəbər

ASAN Qlobal Veb Forumun ilk günü iki ardıcıl sessiya ilə davam edib

Cəmiyyət | 11:43 • 15 May 2020
ASAN Qlobal Veb Forumun ilk günü iki ardıcıl sessiya ilə davam edib

"Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” ASAN Qlobal Veb Forumunun açılış sessiyasının ardından "Pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi” mövzusunda panel sessiya təşkil olunub.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildiriblər ki, natiqlər agentliyin sədri Ülvi Mehdiyev, Özbəkistanın Ədliyyə naziri Ruslanbek Davletov, Uqandanın Dövlət xidmətləri naziri Vilson Muruli Mukasa, İndoneziyanın İnzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisa, İtaliya Respublikası Baş Nazirinin Ofisi yanında Dövlət İdarəçiliyi üzrə Departamentin rəhbərinin müavini Mişel Palma, Birgə e-Hökumət və Açıq Data üzrə İnnovasiya Mərkəzinin IT üzrə rəhbəri Kristian Rup olublar.


Moderatorluğu isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UN DESA) dövlət xidmətləri innovasiyası bölməsinin rəhbəri Con-Mari Kauzya həyata keçirib.


Sessiyada "Pandemiyanın dövlət xidmətləri üçün yaratdığı çətinlikləri necə aradan qaldırmaq olar?”, "Karantin tədbirləri və iqtisadi durğunluq şəraitində necə davranmaq lazımdır?” kimi suallara cavab tapmağa çalışılıb.


Natiqlər bu günlərdə yaşanılan problemləri, həmçinin səmərəli, etibarlı və müxtəlif ölkələrin vətəndaşlarına təklif etmək üçün replikasiya oluna bilən həll yollarını müzakirə ediblər.


Sonra "Pandemiya dövründə cəmiyyətin səfərbər edilməsi məqsədilə sosial innovasiyalar və smart həllər” mövzusunda panel sessiya keçirilib.


Bu sessiyanın natiqləri isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya İdarəsinin rəhbəri Ali Taha Koç, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG Africa) Baş katibi Jan Pyer Elonq Mbassi, Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənayesi nazirinin müavini Ablaixan Ospanov, Gürcüstan İnnovasiya və Texnologiya Agentliyinin sədr müavini Mariam Laşki, Estoniya Akselerasiya proqramının rəhbəri Mik Vainik olublar.


Moderatorluğu isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UN DESA) rəqəmsal hökumət bölməsinin rəhbəri Vinçenzo Aquaro həyata keçirib.


Sessiyada müvafiq istiqamətdə maraqlı, mürəkkəb və mütərəqqi həllər təqdim olunub.


Eyni zamanda, real tətbiqi təcrübələr bölüşülüb və müzakirə edilib. Çox sayda maraqlı tərəfləri nəzərdə tutan və əhatə edən təhlilə, həmçinin vətəndaşyönümlü yanaşmalara xüsusi diqqət yetirilib.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti