Xəzər Xəbər

İşsizlərə təklif edilən ictimai işlər açıqlandı - SİYAHI

Cəmiyyət | 11:03 • 15 May 2020
İşsizlərə təklif edilən ictimai işlər açıqlandı -

İşsizlərə təklif edilən ictimai işlər açıqlanıb.


Bunu Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.


Nazirlikdən bildirib ki, ictimai iş yerləri əsasən bu sahələri əhatə edir:


dezinfeksiya işlərinin aparılması,


şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması, yaşıllaşdırma, parklara qulluq,


yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri,


yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi,

kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər,

təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri,

tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi,

digər sosial əhəmiyyətli işlər.

Qeyd olunub ki, haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır:

"Xüsusi karantin rejimi dövründə işini və qazancını itirmiş şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub. Həmin işlərə cəlb edilənlərin sayı artıq 61 mini ötüb".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti