Xəzər Xəbər

Xərçəngin ilk əlamətləri... – Bunları mütləq bilmək lazımdır

Cəmiyyət | 16:25 • 24 Dekabr 2019
Xərçəngin ilk əlamətləri...

Son dövrün ən çox qorxunc xəstəliklərindən biri olan xərçəngin ilk əlaməti nədir?

Ümumdünya Səhiyyə Təşkilatı bu suala cavab verərək, sürətlə yayılan xərçəngin ilk əlmətlərini açıqlayıb:

Davamlı öskürək və sinə ağrısı, udmaqda çətinlik, limfa düyünlərinin hər hansı birində şişkinlik, tez-tez qasıq və qarın ağrıları, şişkinlik, sürətli çəki almaq və ya birdən arıqlamaq xərçəngin ilk əlamətləri sayılır. Qadınlarda menstruasiya normaldan daha uzun və ağrılı olursa, dırnaqlar qırılırsa, sağalmayan yaralar varsa, həkimlə məsləhətləşmək lazımdır. Unutmayın ki, hər hansı bir xəstəliyin erkən aşkarlanması ən vacib məqamdır.

Bunlara diqqət edin:

Əllərdə və ya ayaqlarda güc və həssaslığın itməsi, başgicəllənmə, qarın ağrısı ilə, ürək bulanma, qusma, iştahsızlıq, zəiflik kimi hallar xərçəngin əlamətlərindəndir.

Dəridə sarılıq və ya göyərmə kimi rəng dəyişiklikləri, bədəndə inkişaf edən ağrılı və ya ağrısız bir şişlik, istirahət etməklə keçməyən yorğunluq da bu əlamətlərə daxildir./teleqraf

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti