Xəzər Xəbər

Qidaların qlisemik indeks dəyəri nədir?

Cəmiyyət | 16:20 • 24 Dekabr 2019
Qidaların qlisemik indeks dəyəri nədir?

Qlisemik indeks qan şəkərinizə əsaslanan karbohidrat tərkibli qidaları təyin etməyə imkan verir.

Gec həzm olunan və qan şəkərini yavaşca artıran qidalar aşağı qlisemik indeks dəyərlərinə malikdir.

Qlisemik indeks enerji və qan şəkəri səviyyəsini qorumağa kömək edir. Eyni miqdarda karbohidrat ehtiva edən iki fərqli qidada fərqli glisemik indeks dəyərləri ola bilər.

Sayı nə qədər az olsa, qidanın qan şəkərinə təsiri bir o qədər azdır.

55 və ya daha az = Aşağı (yaxşı)
56-69 = Orta
70 və ya daha yüksək = Yüksək (pis)

Təzə meyvələr, kəpəkli buğda çörəyi, yağsız qatıq və yağsız süd aşağı qlisemik indeksi olan qidalar sırasındadır. Popkorn, kartof, banan, bulqur orta qlisemik indeksli qidalardır. Kartof qızartması, qovun, kartof püresi, düyü, qovun, qarpız yüksək qlisemik indeksli qidalar arasındadır.

Orta qlisemik indeks dəyərləri olan qidaları birlikdə istehlak edərək qan şəkərinizi idarə edə bilərsiniz. Məsələn, tez-tez istehlak etdiyiniz ağ çörək kimi yüksək qlisemik bir qidanı noxud və ya bişmiş lobya ilə birlikdə yemək qidanızın ümumi glisemik indeks səviyyəsini normaya sala bilər./teleqraf

Xəbər lenti