Xəzər Xəbər

Bu yollarda DİQQƏTLİ OLUN XƏBƏRDARLIQ

Cəmiyyət | 11:58 • 16 Aprel 2019
Bu yollarda DİQQƏTLİ OLUN

Bakı şəhəri, Xan Şuşinski küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək, həmçinin axşam saat 22:00-dan səhər saatlarına qədər Şəmsi Bədəlbəyli və Süleyman Rüstəm küçələrinin kəsişməsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti