Xəzər Xəbər

Xırdalan sakinlərinə MÜJDƏ: ilin sonunadək yollar...

Cəmiyyət | 13:06 • 30 Noyabr 2018
Xırdalan sakinlərinə MÜJDƏ:

Xırdalan şəhərinin 2035-ci ilədək perspektiv inkişaf planına əsasən, 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətindən istifadəsinin yaxşılaşdırılması nəzərdə tutulur. Şəhərin tarixində ən böyük sosial infrastruktur layihəsi olan içməli su xətti və kanalizasiya sisteminin yenidən qurulması işləri uğurla icra edilir. Ümumilikdə şəhərin bütün küçələrini əhatə edən layihənin 2019-cu ilin sonunda başa çatacağı planlaşdırılır.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev AZƏRTAC–a bildirib ki, Xırdalan şəhərində 168 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi tikiləcək, 21 min 170 evə birləşmə veriləcək, abonentlər sayğaclarla təmin olunacaq. Artıq paylayıcı su şəbəkəsinin 115 kilometrlik hissəsində işlər yekunlaşıb və birləşmələrin verilməsinə başlanılıb. Bununla yanaşı, yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 hidrantın quraşdırılması da nəzərdə tutulur.

Eyni zamanda, Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulur. İnşası nəzərdə tutulan 109 kilometr kanalizasiya şəbəkəsinin 71 kilometri tikilib.

Artıq şəhər ərazisində su və kanalizasiya xətlərinin çəkilişinin yekunlaşdığı küçələrin asfaltlanması işlərinin aparıldığını deyən İ.Quliyev bir çox prospekt və küçələrdə işlərin başa çatdırıldığını qeyd edib. Bildirib ki, hazırda şəhərin Seyid Cəfər Pişəvəri, Cavanşir küçələrində yolun yenidən qurulması işləri aparılır. Görülən işlərlə paralel olaraq, "Nümunəvi məhəllə” layihəsi çərçivəsində rayonun daxili imkanları hesabına 27-ci məhəllədə 18 A, 18 B və 7 nömrəli binaların həyətinə də asfalt salınıb. Su və kanalizasiya xətlərinin yeniləndiyi daha 30 küçənin isə ilin sonunadək asfaltlanması planlaşdırılır.

Qeyd edək ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdən başlayaraq mərhələlərlə yaradılıb. Son dövrlər Xırdalan şəhərinin inkişafı, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbata cavab vermirdi. Hazırda Xırdalan şəhərində yaranan tullantı suları bir neçə mərhələdə Hövsan Aerasiya Stansiyasına axıdılır. Gələcəkdə tullantı sularının Lökbatanda inşa olunacaq tullantı su təmizləyici qurğuya yönəldilməsi nəzərdə tutulur.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti