Xəzər Xəbər

Polis dənizdə köməksiz vəziyyətdə qalan 2 balıqçını xilas edib - FOTO

Cəmiyyət | 13:41 • 30 Noyabr 2018
Polis dənizdə köməksiz vəziyyətdə qalan 2 balıqçını xilas edib -

Xəzər dənizində həyati təhlükə ilə üzləşən iki nəfər Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, noyabrın 29-da saat 21:25 radələrində Bakı şəhər sakinləri Əmiraslan Hüseynov və Hikmət Səmədov Novxanı qəsəbəsində qayıqla dənizdə balıq ovuna çıxıblar. Sahildən təxminən 5 kilometr məsafədə qayığın mühərriki xarab olduğuna görə onlar həyati təhlükə ilə üz-üzə qalıblar.


Dənizdə köməksiz vəziyyətdə qalmış balıqçılardan daxil olmuş məlumatla əlaqədar dərhal DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.


Havanın küləkli, soyuq, dənizin isə dalğalı olmasına baxmayaraq Ə.Hüseynov və H.Səmədov polis əməkdaşları tərəfindən xilas ediliblər.

Xəbər lenti