Xəzər Xəbər

DYP-dən sürücülərə sərt xəbərdarlıq

Cəmiyyət | 17:13 • 29 May 2018
DYP-dən sürücülərə

Bakıda texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı reydlərə başlanılıb. Bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, avtomobillərin müəyyən hissəsinin ilin əvvəlindən mayın 1-ə qədər nəzərdə tutulan vaxt ərzində texniki baxışdan keçməməsi ciddi narazılıq doğurur: "Bu baxımdan bugündən etibarən yol polisi tərəfindən saxlanılan nəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi aşkarlanarsa, inzibati qaydada protokol tərtib ediləcək. Bir daha xatırladırıq, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Avtomobillərin texniki baxışı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həyata keçirilir”.

V.Əsədov yük avtomobillərinə və avtobuslara da texniki baxışdan keçməyi tövsiyə edib: "Yük avtomobilləri və avtobuslar texniki baxışdan keçmək üçün təqdim edilməlidir. Texniki baxışın noyabr ayının 1-ə qədər keçirilməsi nəzərdə tutulur. Onlar da texniki baxışdan keçməni təmin etməlidirlər, əks halda qanunvericilikdə göstərilən tədbirlər həyata keçiriləcək”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti