Xəzər Xəbər

Radon qazı evlərdə onkoloji xəstəliklərin əmələ gəlməsinə zəmin yaradır

Cəmiyyət | 17:25 • 29 May 2018
Radon qazı evlərdə onkoloji xəstəliklərin əmələ gəlməsinə zəmin yaradır

Evdə radon qazının olması çox böyük təhlükədir. Bəzən evlərin geopotogen yerlərdə, yəni radioaktiv tullantıların saxlandığı sahələrdə, torpağın sürüşmə bölgələrində, neft buruqları yaxınlıqlarında və s. inşa edilməsinə rast gəlinir. Belə hallarda radiumun parçalanması nəticəsində radon qazı evlərə daxil olaraq onkoloji xəstəliklərin əmələ gəlməsinə zəmin yaradır. Ekoloji təhlükəsizliyin təşkil edilməsi inşa edilən binaların hansı şirkətlər tərəfindən və harada tikilməsindən çox asılıdır. İnşaat şirkətlərinin ekoloji sertifikatları olmalı, istifadə edilən inşaat materialları isə ekoloji tələblərə cavab verməlidir. Binaların inşasında, o cümlədən evlərdə istilik izolyasiyalarında penoplastdan və asbestdən istifadə etmək olmaz. Bunların əvəzində şüşə liflərdən istifadə edilməsi daha məqsədəuyğundur.


Xezerxeber.az məlumat verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində kimya elmlər namizədi Abuəli Hüseynli deyib.


"Ümumiyyətlə müasir evlər arasında ekoloji cəhətdən təmiz olanı kərpiclə inşa edilən evlərdir. Beton evlərin hava buraxması praktiki olaraq mümkün deyil. Əgər beton evlərə zərərli maddələri-sintetik materiallardan hazırlanmış plastik qapı və pəncərələri, sintetik xalıları əlavə etsək, evin havası barədə təsəvvür yaratmaq çətin deyil. Bildiyimiz kimi sintetik materiallar allergiyaya səbəb olur. Yaşamaq üçün ən təhlükəsiz evlər isə şəhər ətrafında inşa edilən şəxsi evlər hesab olunurlar. Buna səbəb kimi həmin yerlərdə havanın təmiz olması göstərilir”, - deyə A.Hüseynli qeyd edib.


Mütəxəssis asbestin ağ ciyər xəstəliklərinə səbəb olduğunu və hazırda Avropa ölkələrində ondan istifadə edilən binaların söküldüyünü də diqqətə çatdırıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti