Xəzər Xəbər

Xalq artisti Fuad Poladov dəfn olunub

Cəmiyyət | 15:16 • 5 May 2018
Xalq artisti Fuad Poladov dəfn olunub

Xalq artisti Fuad Poladov vida mərasimindən sonra "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Mərhum sənətkarın dəfn mərasimində dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.

***

Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilib.

Xalq artistinin yaşadığı binanın həyətində keçirilən mərasimdə mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib. Fuad Poladov vəsiyyətinə uyğun olaraq Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Qeyd edək ki, F.Poladov mayın 4-dən 5-nə keçən gecə saat 1-də uzun sürən xəstəlikdən sonra vəfat edib.


Xəbər lenti